Signing you in…
Self-study · Azərbaycan dilində

İstədiyini, istədiyin kimi öyrən.

Sinif yox, qrafik yox, dilmaj yox. Baygush — telefonun və ya kompüterindən hər gün açacağın self-study kurslar. Müəllim sənin tempinə uyğunlaşmır — bu dəfə kurs sənə uyğunlaşır.

  • Ana dilində izah
  • Hər gün, hər saat
  • Mobil tətbiq daxil
Niyə Baygush

Niyə dərs mərkəzinə getməkdənsə Baygush?

Bakıda dil kursları 200-400 AZN/ay. Özəl müəllim — 1000+ AZN. Həftədə iki dəfə, sinifin ən yavaş tələbəsinin tempində. Baygush başqa cür işləyir.

3-4x ucuz

Qrup dərslərindən üç-dörd dəfə, özəl dərslərdən on dəfə ucuz. Eyni səviyyəyə daha az xərclə.

Hər gün, hər saat

Çərşənbə axşamı 18:00-da olmaq məcburi deyil. Səhər autobusda, axşam evdə — günə 20 dəqiqə bəs edir.

🇦🇿

Ana dilində izah

Tərcümə deyil, sıfırdan azərbaycanca yazılmış. "Konjuqasiya"nı ingiliscə oxuyub anlamağa çalışmaq yox.

Öz tempinlə

Bir mövzunu üç dəfə təkrar edə bilərsən. Sinif gözləmir, sən gözləmirsən. Tələbənin tempi vacib deyil — sənin tempin vacibdir.

📱

Mobil tətbiq daxil

Bütün kurs cibində. Dərslər, məşqlər, drill — hər yerdə. Bir abunə — həm web, həm app.

Qeyri-məhdud təkrar

Hər məşqi, hər drill kartını istədiyin qədər təkrar et. Dilmaj sənə "səhv etdin" demir — sistem demək olar, dərhal göstərir.

Kurslar

Üç kurs, hər biri sıfırdan tikilib.

Hər kurs ayrı abunədir. Birini al, başqasını al — və ya hamısını birdən. Pause edib davam etmək olar.

🌱
A2 / B1

Pre-IELTS

İngiliscən başlanğıc-orta səviyyədədirsə, IELTS-ə qədər yetişmək üçün körpü kursu. Qrammatika əsasları, mövzu lüğəti, oxu və yazı vərdişləri.

~80 dərs · 6 ay tövsiyə olunan
65 ₼ /ay
və ya
150 ₼ /3 ay
Plan seç →
🎯
B2 / C1

IELTS

Band 6.5–7.5+ üçün IELTS hazırlığı. Reading, Writing, Listening, Speaking — hər biri ayrı modul. Task 1 və Task 2 model esselərlə + AI-rəylərlə.

~110 dərs · 4-6 ay tövsiyə olunan
80 ₼ /ay
və ya
220 ₼ /3 ay
Plan seç →
🇩🇪
A1 / A2

Almanca

Spektrum A1+A2 dərsliyi əsasında. Sıfırdan başlayıb gündəlik söhbətə qədər. Almaniyada təhsil alanlar, işləyənlər və ya səyahət edənlər üçün.

~50 dərs · 6-8 ay sıfırdan B2
100 ₼ /ay
və ya
280 ₼ /3 ay
Plan seç →
Almanca müəllimi

15 il almanca öyrətmə təcrübəsi.

Aygün Rüstəm

Alman dili müəllimi · A1–C1 · Telc, Goethe, ÖSD hazırlıq

Almaniyada təhsil almaq istəyən həkim, tibb bacısı və tələbələrin mentoru. 15 il pedaqoji təcrübə, 5000+ tələbə. Spektrum A1+A2 kursunu Baygush üçün sıfırdan azərbaycandilli auditoriyaya uyğunlaşdırıb.

  • 15 il təcrübə
  • 5000+ tələbə
  • 3 imtahan hazırlığı

IELTS və Pre-IELTS kursları Baygush komandası tərəfindən self-study öyrənənləri ilə birlikdə hazırlanıb — qrammatika, lüğət və imtahan strategiyası, hamısı sıfırdan AZ-dilli auditoriya üçün.

FAQ

Tez-tez verilən suallar.

Müəllim olmadan həqiqətən öyrənmək olar?
Bəli — bir şərtlə: gündə 20 dəqiqə vaxt ayırasan. Self-study-də uğur qazanmağın əsas faktoru iradə deyil, vərdişdir. Baygush gündəlik açacağın bir tətbiq kimi qurulub: kiçik dərslər, dərhal məşq, dərhal cavab. Bir-iki həftədən sonra alışırsan.
Danışıq pratiqası necə?
Açıq deyək: self-study real söhbət partnyorunu əvəz etmir. Baygush sənə qrammatika, lüğət, oxu və yazı verir — yəni dərs mərkəzində vaxtın 80%-i sərf olunan hissə. Danışıq üçün isə yerli meet-up-lar, tandem partnyorlar (HelloTalk, Tandem) və ya saatlıq özəl müəllim daha effektivdir. Biz sənə pulu və vaxtı qənaət etdiririk ki, danışıq üçün yatıra biləsən.
Anlamadığım yer olsa kimə soruşum?
Hər dərsdə "anlamayanlar üçün" qeydi var — bir konsepsiyanın tələbənin niyə qarışdırdığını qabaqcadan görmüşük və əlavə izah, nümunə, AZ müqayisəsi əlavə etmişik. Bunun üstündə bir sual qalsa, dəstək (support@baygush.com) və ya gələcək Discord icmasında soruşa bilərsən.
Mobil tətbiq nə vaxt çıxır?
Hazırlanır. iOS və Android — eyni abunə web ilə işləyir. Hələlik web versiyası mobil brauzerdə də mükəmməl çalışır.
Pulumu geri ala bilərəmmi?
İlk 7 gün ərzində pul geri qaytarılır — sual vermədən. Sonra: aylıq plan istənilən vaxt dayandırıla bilər, qalan müddət üçün pul geri qaytarılmır.
Bir abunə bütün kursları açırmı?
Yox — hər kurs ayrıca abunədir. Ehtiyacın olanı al. Birdən çox kurs almaq istəsən, ayrıca abunə olar.
Lessons
Loading…
Home
Loading…
Loading lessons…
Loading…
Loading…
Back
Loading…
Loading lesson…
Baygush Admin
Public site